İranda indiyədək düşmən hücumları nəticəsində 3000-dən çox insan həlak olub.
Planetinfo.az xəbər verir ki, bu barədə İranın Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscadi bildirib.
Məscadinin sözlərinə görə, cəsədlərin 40%-ni müəyyən etmək çətin olub.
"Lakin Məhkəmə Tibbi Ekspertizası Təşkilatının imkanları və resurslarından istifadə edərək cəsədlər sonda müəyyən edilərək ailələrinə qaytarıldı", - deyə o qeyd edib.