Gündəm 10-04-2026, 13:15

İmtahan nəticələri nə vaxt açıqlanacaq?



Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.

Planetinfo.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, həmin gün imtahanda 58 138 şagirdin iştirakı nəzərdə tutulurdu. 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilmişdi.

Xəbər lenti