Gündəm Bugün, 14:10

Peyğəmbərimizin tövsiyə etdiyi “qara toxum”un möcüzəvi FAYDALARI



"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.

Planetinfo.az Medicina.az-a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimiz (s.a.s.) buyurub: "Çörək otundan istifadə etməyə davam edin, çünki onlarda ölümdən başqa hər bir xəstəliyə çarə var".

Ənəs (r.a.) rəvayət edir: "Allahın Rəsulu (s.a.s.) xəstələndikdə bir ovuc qara zirə toxumu götürür, onları su və bal ilə qarışdırır və içirdi".

Bildirilir ki, çörək otu toxumları, tərkibindəki timoxinon sayəsində xərçənglə mübarizə aparır və xərçəng hüceyrələrini məhv edir. Onların həmçinin iltihab əleyhinə təsirləri var. İmmunitet sistemini gücləndirir və bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

Xəbər lenti