San Paulodakı "Anhembi Morumbi" Universitetinin əməkdaşı, məşhur diyetoloq Şeyla Mustafa diqqət çəkən açıqlamalar verib.
Planetinfo.az xəbər verir ki, o, "The Conversation" açıqlamasında bildirib ki, şəkərlə zəngin olan və ultra emaldan keçmiş ərzaq məhsulları dəri piqmentasiyasını artıra və melazmanın inkişafına səbəb ola bilər.
"Melazma dəridə tünd ləkələrin əmələ gəlməsinə səbəb olan xroniki bir xəstəlikdir. Əvvəllər melazmanın ultrabənövşəyi şüalar, hormonal dəyişikliklər və genetik problemlər səbəbindən meydana çıxdığı düşünülürdü. Lakin müasir tədqiqatlar göstərir ki, əsas mexanizm daha mürəkkəbdir",- o deyib.
Mütəxəssisin sözlərinə görə, bu arzuolunmaz vəziyyətdə dəridə iltihabi proseslər mühüm rol oynayır. Xüsusilə, mast hüceyrələri (mastosidlər) aktivləşir, histamin ifraz edir və lokal iltihabı artırır. Həmçinin melazmanın inkişafında stress və dəri strukturundakı dəyişikliklər də rol oynayır.