Gündəm Dün, 19:30

Salyanda avtomobillər toqquşdu - Yaralılar var



Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Planetinfo.az xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza nəticəsində Cəlilabad rayon sakinləri - 1968-ci il təvəllüdlü Qardaşxanova Natəvan Adil qızı və 1986-cı il təvəllüdlü Qardaşxanova Nuranə Cabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti