İdman 26-11-2025, 01:56

"Qarabağ" “Napoli”yə məğlub oldu

"Qarabağ" “Napoli”yə məğlub oldu
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacaq "Napoli" (İtaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Planetinfo.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Napoli": Milinkoviç Saviç, Alessandro Buoncorno, David Neres, Skott Maktominey, Amir Rahmani, Matias Olivera, Rasmus Hoylunn, Covanni Di Lorenso (k), Sam Byokema, Stansislav Lobotka, Noa Lanq

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

***

"Napoli" - "Qarabağ" qarşılaşması start götürdü.

***

İlk hissədə tərəflərin səylərinə baxmayaraq, hesab açılmadı.

***

"Napoli" görüşün 56-cı dəqiqəsində penalti zərbəsini qaçırdı. Koxalski zərbəni dəf etdi.

***

"Napoli" 66-cı dəqiqədə Skott Maktomineyin qolu ilə hesabı açdı: 1-0.

***

73-cü dəqiqədə Yankoviç avtoqol müəllifi oldu: 2-0.

***

"Qarabağ" "Napoli"yə 2-0 hesabı ilə məğlub oldu.

Xəbər lenti