İqtisadiyyat 1-12-2025, 12:42

AİİB Özbəkistana 500 milyon dollar ayırdı




Asiya Yenidənqurma və İnkişaf Bankı (AİİB) ilə Özbəkistan hökuməti "Yaşıl və Davamlı Bazar İqtisadiyyatı" proqramını dəstəkləmək üçün 500 milyon dollarlıq maliyyələşdirmə müqaviləsi imzalayıblar.

Planetinfo.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki. proqram ölkənin yaşıl, davamlı və bazar əsaslı iqtisadiyyata keçidini sürətləndirməyi hədəfləyir.

Maliyyə vəsaiti əsasında həyata keçiriləcək islahatlar aşağı karbonlu artıma yönəlmiş siyasət və idarəetmə mexanizmlərinin gücləndirilməsini, dövlət sektorunun səmərəliliyinin və iqlim dəyişikliyinə davamlılığının artırılmasını əhatə edir.

Proqram Dünya Bankı ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək və “Yaşıl İqtisadiyyata Keçid Strategiyası”nda (2019–2030) və “Özbəkistan-2030” Strategiyasında müəyyən edilmiş məqsədləri dəstəkləyəcək. Bu, təmiz enerji sistemlərinin inkişafı, resurslardan səmərəli istifadə və özəl kapitalın cəlb edilməsi üzrə islahatlarla uyğundur.

Anar

Xəbər lenti