İqtisadiyyat 3-12-2025, 10:17

"5 milyard dollar dəyərində investisiya layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb"

"5 milyard dollar dəyərində investisiya layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb"
İnvestisiya sahəsində BƏƏ ilə Azərbaycan arasında əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir. 1 milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu bu sahədə ən vacib alətlərdən biridir. Hazırda Fond çərçivəsində bir sıra layihələrə investisiya qoyuluşu ilə bağlı danışıqlar aparılır.

Planetinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.

O, qeyd edib ki, bu ilin sentyabr ayında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Modon Holding" ilə şəhərsalma sahəsində 5 milyard dollar dəyərində investisiya layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb:

"Neft-qaz sahəsində tərəfdaşlığımız SOCAR və ADNOC şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində inkişaf edir. Eyni zamanda yeni layihələrdə əməkdaşlıq marağının artdığını da müşahidə edirik.
Azərbaycanda bərpa olunan enerji layihələrində Əmirlik şirkətləri ölkəmiz üçün strateji tərəfdaş və aparıcı investor qismində çıxış edirlər. İstifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyasının tikintisi məhz Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçirilib.

Neftçala, Biləsuvar və Qaradağda günəş və külək enerji layihələri üzrə “Masdar” şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu tərəfdaşlıq ölkəmizin yaşıl enerji hədəflərinə nail olmasına əhəmiyyətli töhfə verir".

Nəsimi

Xəbər lenti