İqtisadiyyat 3-12-2025, 13:08

Xəzər Boru Kəməri Konsorsiumu təmir işlərini vaxtından əvvəl başa çatdıracaq



Xəzər Boru Kəməri Konsorsiumu 3 nömrəli məsafədən qəbul və ölçmə məntəqəsini (VPU-3) bir həftə ərzində vaxtından əvvəl istifadəyə verəcəyini açıqlayıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.

Üzən və sualtı şlanqların dəyişdirilməsi üçün profilaktik təmir işləri noyabrın ortalarında başlayıb və iki aya qədər davam etməsi planlaşdırılıb.

Qeyd edək ki, 29 noyabrda Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna dron hücumu həyata keçirib. Qazaxıstanın neft ixracının 80%-i XBKK vasitəsilə nəql olunur və neft ölkə büdcəsinin əsasını təşkil edir.

Anar

Xəbər lenti