İqtisadiyyat 4-12-2025, 13:22

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Transxəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyətini artıracaq




Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, o cümlədən Transxəzər marşrutunun səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.

Planetinfo.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunu "Özbəkistan Dəmir Yolları" İdarə Heyəti sədrinin birinci müavini Hikmətulla Rəhmətov deyib.

Onun sözlərinə görə, dəhlizin istifadə dairəsi fəal şəkildə genişləndirilir:

"Tikinti işləri davam edir, layihənin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Birinci mərhələdə yük daşımalarının həcmi ildə 3-4 milyon ton olacaq. Daha sonra bu rəqəm 15 milyon tona çatdırılacaq. Çin, Özbəkistan və Qırğızıstandan daşınan yüklərin əsas hissəsi Avropaya gedir. Beləliklə, "Özbəkistan Dəmir Yolları" ölkəmizin ərazisindən kənarda ilk investisiya layihəsini həyata keçirir".

Anar

Xəbər lenti