İqtisadiyyat / Dünya
5-12-2025, 14:08
Rusiya və Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca tunel və körpü tikəcək
Rusiya və Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ISTC) və Şimal Dəniz Yolu boyunca əməkdaşlığı gücləndirməkdə maraqlıdırlar.
Planetinfo.az TASS-a istinadən bildirir ki, Moskva və Yeni Dehli sözügedən marşrutlar boyunca körpü və tunel tikintisi üzrə əməkdaşlıq etmək niyyətindədirlər. Bu barədə Rusiyanın nəqliyyat naziri Andrey Nikitin deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Hindistana dövlət səfəri çərçivəsində iki ölkənin müvafiq nazirlikləri və qurumları arasında bir sıra beynəlxalq görüşlər keçirilib. Nazirliyin məlumatına görə, görüşdə körpü və tunellərin tikintisinə xüsusi diqqət yetirilib və Beynəlxalq Nəqliyyat və Logistika Forumu çərçivəsində bu sahədə əməkdaşlıq haqqında idarələrarası memorandum imzalamaq barədə razılığa gəlinib.
Anar