Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin görüşü keçiriləcək.
Planetinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İstanbul Türk Dövlətləri Təşkilatının (TDT) Enerji Nazirlərinin Beşinci Görüşünə ev sahibliyi edəcək. Görüşdə türk dövlətləri daxilində enerji əməkdaşlığının inkişaf etdirilməsi üçün zəruri addımlar müzakirə olunacaq.
Görüş 9-10 dekabr tarixlərində baş tutacaq. Görüşdə TDT üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də TDT Müşahidəçi üzvləri olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası iştirak edəcək.
Müzakirələrdə bərpa olunan enerji mənbələri, neft və təbii qaz, nüvə enerjisindən dinc məqsədlərlə istifadə, ağıllı şəbəkələr, enerji saxlama, hidrogen və karbon tutma ilə əlaqəli enerji texnologiyaları, vacib minerallar və nadir torpaq elementləri də daxil olmaqla, enerjinin bütün sahələri ətrafında fikir mübadiləsi aparılacaq.
Anar