Rusiyanın dövlət borcu 2025-ci ilin yanvar-sentyabr aylarında 2,9 trilyon rubl artaraq 2025-ci il oktyabrın 1-nə 31,98 trilyon rubla çatıb.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Hesablama Palatası məlumat yayıb. Qurumun analitik hesabatında deyilir ki, 2025-ci ilin ilk 9 ayı ərzində federal büdcə gəlirlərinin ümumi həcmi 26,9 trilyon rubla çatıb. Bunun da neft və qaz gəlirləri 6,6 trilyon rubl, qeyri-neft və qaz gəlirləri isə 20,3 trilyon rubl təşkil edib.
Hesablama Palatası 2025-ci ilin ilk 9 ayının nəticələrinə əsasən, federal büdcənin qanunvericiliklə təsdiq edilmiş 3,8 trilyon rubl həcmində praktiki olaraq uyğun gələn kəsirlə icra edildiyi qənaətinə gəlib.
Anar