Gündəm / Siyasət / Dünya
Dün, 20:39
Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
Argentina hakimiyyəti İranın Buenos-Ayresdəki müvəqqəti işlər vəkilini "persona non grata" (arzuolunmaz şəxs) elan edib və ona yaxın iki gün ərzində ölkəni tərk etməyi tapşırıb.
Planetinfo.az xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu qərar hökumət tərəfindən 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq qəbul edilib.