Gündəm / Siyasət / Dünya Dün, 22:30

SEPAH-dan ABŞ-a dəhşətli mesaj




İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi Pentaqonun rəhbəri Pit Heqsetə məşum müraciət ünvanlayıb.

Planetinfo.az xəbər verir ki, hərbçi bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Musəvi paylaşımına İranın Səudiyyə Ərəbistanındakı "Əl-Xarc" bazasında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin eskadrilyasına endirdiyi zərbədən "əvvəl" və "sonra" çəkilmiş fotoşəkilləri əlavə edib.

"Qəbir daşlarınızı artıq hazırlamısınızmı?" — deyə komandan Heqsetin hesabını nişanlayaraq yazıb.

Bundan əvvəl SEPAH-ın "Amazon"un Bəhreyndəki hesablama mərkəzinə hücum etdiyi bildirilmişdi.

Xəbər lenti