Dünya Bugün, 10:10

Günəşdə güclü partlayış baş verdi



Aprelin 2-də axşam saatlarında Günəşdə çox güclü partlayış qeydə alınıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Günəşdə partlayış Bakı vaxtı ilə 22:15-də qeydə alınıb. M3.5 sinifli partlayış 69 dəqiqə davam edib.

Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Xəbər lenti