Gündəm / Dünya
Dün, 21:10
Güclü zəlzələ bu ölkəni sikələdi
İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Planetinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən 200.000 insanın yaşadığı Ternate şəhərindən 130 km şimal-qərbdə, 35 km dərinlikdə baş verib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.