İqtisadiyyat 10-12-2025, 12:04

Azərbaycanda 11 ayda orta illik inflyasiya 5.7% təşkil edib

Azərbaycanda 11 ayda orta illik inflyasiya 5.7% təşkil edib
2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.

Planetinfo.az APA-ya istinadən bildirir ki, 2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib.

Xəbər lenti