Özbəkistanda dollarlaşma səviyyəsi azalır.
Planetinfo.az "Sputnik Özbıkstan"a istinadən bildirir ki, bu, Mərkəzi Bankın Statistika və Tədqiqatlar Departamentinin araşdırmasının nəticələrindən məlum olub.
Bildirilib ki, 2020-ci ilin əvvəlində qısamüddətli təbii dollarlaşma 24,5% təşkil edib.
2025-ci ilin oktyabr ayına qədər bu rəqəm 17,8%-ə düşüb.
Uzunmüddətli (3 illik) təbii dollarlaşma dərəcəsi 19,3% olaraq qiymətləndirilib.
Hesabatda qeyd edilir ki, bu, əhalinin və biznesin milli valyutaya - soma inamı artdığını, yəni mal və xidmətlərin qiymətlərinin milli valyutada müəyyən edildiyini və qarşılıqlı hesablaşmaların əsasən milli valyutada aparıldığını göstərir.
Anar