Özbəkistan, Türkmənistan, İran və Türkiyə ərazisindən alternativ marşrutun hazırlanması üzərində iş aparılır.
Planetinfo.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb. Bildirilir ki, bu məqsədlə 2023-cü ilin noyabr ayında Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən İƏT nazirlər görüşü çərçivəsində dörd ölkə-Özbəkistan, Türkmənistan, İran və Türkiyə arasında "Özbəkistan - Türkmənistan - İran - Türkiyə" beynəlxalq multimodal dəhlizinin formalaşdırılması ilə bağlı nəqliyyat sahəsində müvafiq nazirliklərin çoxtərəfli görüşünün protokolu imzalanıb.
Layihənin həyata keçirilməsi Asiya-Sakit Okean regionu ölkələrini Özbəkistan, Türkmənistan, İran və Türkiyə əraziləri vasitəsilə Avropa İttifaqı ölkələri ilə birləşdirməyə imkan verəcək. Bu, yeni dayanıqlı logistika dəhlizi yaradacaq.
Anar