İqtisadiyyat
18-12-2025, 09:10
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri müzakirə olunacaq
EkoAvrasiya Fondu növbəti ildə Azərbaycanla bağlı bir sıra layihələr həyata keçirməyi nəzərdə tutur.
Bu barədə məlumatı
Planetinfo.az-a Fondun İdarə Heyətinin sədri Hikmət Eren verib. Bildirib ki, bu məqsədlə qarşıdakı aylarda Azərbaycan-Türkiyə iqtisadi əlaqələri və bu əlaqələrin inkişaf etdirilməsinə EkoAvrasiya Fondunun dəstəyinə həsr olunmuş konfransın keçirilməsi planlaşdırılır:
"Bu məqsədlə müvafiq qurumlarla iş aparılır, məsləhətləşmələr keçirilir. Bildiyiniz kimi bundan əvvəl qurum olaraq Özbəkistan və Qırğızıstanla əlaqədar eyni tədbirləri keçirmişik. Sırada Can Azərbaycandır".
Anar