İqtisadiyyat 18-12-2025, 11:31

Qarabağın investisiya imkanları araşdırılacaq




Gələn ilin ilk aylarında Türkiyədən bir qrup iş adamının Azərbaycana səfəri nəzərdə tutulur. Bu barədə Planetinfo.az-a məlumat verən EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren deyib ki, səfər təmsil etdiyi qurumun təşkilatçılığı ilə baş tutacaq:

“Səfərin detalları, müvafiq razılığın alınması istiqamətində hazırda müəyyən məsləhətləşmələr aparılır. İnşallah, nəzərdə tutduğumuz səfəri reallaşdıra biləcəyik”.
Hikmet Eren deyib ki, səfər zamanı qardaş ölkənin iş adamlarından ibarət heyət Qarabağ və Şərqi Zəngəzura da səfər edəcək və oranın investisiya imkanları, hansı sahələrə sərmayə yatırmaq mümkünlüyü nəzərdən keçiriləcək.

Anar

Xəbər lenti