"Son illərdə gömrük orqanlarında həyata keçirilən anti-korrupsiya tədbirləri, təəssüf ki, bəzi dairələr tərəfindən qərəzli şəkildə təqdim edilir. Halbuki, Baş Prokurorluğun məlumatları aydın göstərir ki, aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan dəstə ilə bağlı son cinayət işi daxil olmaqla, əksər hüquq-mühafizə əməliyyatları məhz Dövlət Gömrük Komitəsinin öz təşəbbüsü ilə başlanıb".
Planetinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Kamal Cəfərov deyib. O bildirib ki, bu, Komitədə korrupsiyaya qarşı güclü iradənin və qətiyyətli mübarizənin sübutudur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bu islahatlar, ölkəmizin iqtisadiyyatını daha da möhkəmləndirir:
"İqtisadi göstəricilər bunu təsdiqləyir: 2022-ci ildə gömrük daxilolmalarını 2023-cü və 2024-cü illərlə müqayisə etmək kifayətdir. 2025-ci ildə ilk 11 ayın proqnozu 3,4 faiz azalsa da, buna dəqiq qiyməti 2026-cı ildə verəcəyik. Üstəlik, bu nailiyyətlər heç bir tarif dəyişikliyi olmadan, artan azadolmalar çərçivəsində əldə olunub".
Anar