İqtisadiyyat 5-01-2026, 15:26

Türkiyə külək energisi istehsalında rekord qırdı



Türkiyə gündəlik külək enerjisi istehsalında 253.128 meqavat-saatla bütün zamanların rekordunu qırıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Türkiyə Elektrik Ötürmə Korporasiyasından (TEİAŞ) məlumat verilib. Bildirilib ki, Türkiyədə ümumilikdə 899.027 meqavat-saat elektrik enerjisi istehsal edilib.

İdxal kömür və təbii qaz elektrik stansiyalarından istehsal olunan elektrik enerjisi külək elektrik stansiyalarından geri qalıb.

İdxal kömür elektrik stansiyaları 207.872 meqavat-saat, təbii qaz elektrik stansiyaları isə 131.305 meqavat-saat elektrik enerjisi istehsal edib.

Qeyd edək ki, bununla da yanvarın 4-nə olan məlumata görə, Türkiyənin ümumi elektrik istehsalında külək enerjisinin payı 28,2 faizə çatıb.

Anar

Xəbər lenti