"Hazırda dünya rəqəmsal müstəmləkəçilik mərhələsinə qədəm qoyur. Kim süni intellekt qovşağı formalaşdırmazsa, öz datasına və məlumat resurslarına sahib çıxmazsa, milli süni intellekt strategiyası yaratmazsa, nəticədə başqa ölkələrin alqoritmlərindən asılı vəziyyətə düşür. Bu bacarığa yiyələnən dövlətlər isə ən azı öz regionlarında gələcəyin iqtisadiyyatını, təhlükəsizlik arxitekturasını və informasiya axınlarını idarə etmək imkanı qazanır".
Planetinfo.az xəbər verir ki, bunları millət vəkili Sahib Alıyev deyib. O bildirib ki, minlərlə kilometr uzaqda yerləşən dövlətlərdən rəqəmsal asılılığa düşməməyin bu gün faktiki olaraq bir yolu var:
"Torpaqlarımız üzərində olduğu kimi, mədəni, mənəvi və informasiya məkanında da suverenliyi təmin etmək. Süni intellekt qovşağına çevrilmədən isə bu, mümkün deyil. Orası da var ki, XXI əsrin müharibələri artıq tanklarla deyil, serverlər və məlumat infrastrukturu üzərindən aparılacaq".
Anar