Rusiya Energetika Nazirliyi sanksiyaların aradan qaldırılması şərtilə Avropa İttifaqı ölkələrinə ənənəvi marşrutlar vasitəsilə daxili enerji resurslarının kommersiya tədarükünün bərpasına icazə verib.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə sanksiyaların tətbiqi nəticəsində Avropa tərəfinin təşəbbüsü ilə yanacaq-enerji sektorunda, o cümlədən neft və qaz təchizatında əhəmiyyətli dərəcədə azalma baş verib. Əgər bu məhdudiyyətlər aradan qaldırılarsa və Avropa tərəfdaşları tərəfindən maraq olarsa, Rusiya enerji ehtiyatlarının ənənəvi marşrutlar vasitəsilə kommersiya tədarükünə qayıtmaq mümkündür.
Energetika Nazirliyi vurğulayıb ki, sanksiyalardan əvvəlki həcmlərin bərpası üçün təxribat nəticəsində zədələnmiş "Şimal Axını 1" və "Şimal Axını 2" qaz boru kəmərləri də daxil olmaqla ixrac infrastrukturunun bərpası tələb olunacaq.
Qeyd edək ki, Aİ Şurası 2026-cı il yanvarın 1-dən etibarən Rusiya qazının İttifaq ərazisindən üçüncü ölkələrə tam tranzitini qadağan edən qətnamə qəbul edib. Bununla belə, uzunmüddətli müqavilələri olan ölkələr 2028-ci ilə qədər Rusiya enerjisini idxal edə biləcəklər. Rusiya neftinin idxalına da oxşar qadağa hazırda müzakirə olunur.
Anar