Dünya Bugün, 15:15

Almaniyada qatarda əl qumbarası partladı - 12 nəfər yaralandı


Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində sürət qatarında baş verən əl qumbarasının partlaması nəticəsində 12 nəfər yaralanıb.

Planetinfo.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Belə ki, 20 yaşlı Almaniya vətəndaşı Frankfurt-Mayne gedən qatara hücum etməklə hədələyib və dəhlizə əl qumbarası atıb. On iki nəfər yaralanıb.

Hüquq-mühafizə orqanları yaralılar arasında dəri xəsarətləri olduğunu bildirib. Qatar sərnişinlərinin əksəriyyəti qorxudan qaçıblar.

Polis şübhəlini saxlayıb. Onun çantasından bıçaq tapılıb. Kişinin motivi hələlik müəyyən edilməyib.

Xəbər lenti