İqtisadiyyat 23-01-2026, 11:48

Rusiya Myanmaya 250 tondan çox günəbaxan yağı bağışlayır



Rusiya BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) vasitəsilə Myanmaya 250 tondan çox günəbaxan yağı bağışlayıb.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın Myanmadakı səfirliyi bu barədə Telegram kanalında məlumat verib.

"Rusiyanın sonuncu humanitar yardım partiyası - A və D vitaminləri ilə zənginləşdirilmiş 250 tondan çox günəbaxan yağı - ÜƏP vasitəsilə Yanqona çatdırılıb. Rusiya səfirliyinin əməkdaşları Yanqondakı ÜƏP anbarlarını ziyarət edib və humanitar yardımın ölkə daxilində paylanması cədvəlini və marşrutlarını müzakirə ediblər. Rusiyanın Myanmaya ikitərəfli və müvafiq BMT təşkilatları vasitəsilə dəstəyini davam etdirməyə hazır olduğu təsdiqlənib", - deyə açıqlamada bildirilir.

ÜƏP proqnozlaşdırır ki, 2026-cı ildə Myanmada 12 milyondan çox insan kəskin aclıqla üzləşəcək, 1 milyon insan isə qida çatışmazlığı səbəbindən həyati əhəmiyyətli yardıma ehtiyac duyacaq.

Anar

Xəbər lenti