Qızılın qiyməti yenidən rekord səviyyəyə qalxıb.
Planetinfo.az TASS-a istinadən bildirir ki, ticarət məlumatlarına görə, Comex birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti yeni bir rekord səviyyəyə çataraq troya unsiyası üçün 5000 dollara çatıb.
Gün ərzində qızılın qiymıətində artım davam edib. Belə ki, yanvarın 26-sı səhər saatlarında qızılın qiyməti 1,85% artmağa davam edərək troy unsiyası üçün 5075,5 dollar təşkil edib.
Qeyd edək ki, ticarət bazarlarında paralel olaraq gümüşün də qiymətində müntəzəm olaraq artım qeydə alınır.
Anar