İqtisadiyyat 27-01-2026, 12:13

Rusiya Özbəkistandan tikinti materialları idxalında ilk yerdədir



2025-ci ilin nəticələrinə görə, tikinti materialları sektorunda istehsal və xarici bazarlara çatdırılma həcmi əhəmiyyətli dərəcədə artıb.

Planetinfo.az "Sputnik Özbəkistan"a istindən bildirir ki, keçən il tikinti materialları istehsalının həcmi 52,6 trilyon suma, ixrac isə 1,2 milyard dollara çatıb.

Xüsusilə, 21,5 milyon ton sement, 40 milyon kv.m tikinti şüşəsi, 47 milyon kv.m keramik plitələr, 110 milyon kv.m gipsokarton, 336 min ton quru tikinti qarışıqları və 830 min ədəd santexnika məhsulları istehsal edilib.

Ölkə üzrə ən çox tikinti materialları ixracı Rusiyaya olub. Bu ölkəyə 251 milyon dollar dəyərində metal məmulatları, keramika, mərmər və qranit məmulatları, PVC profillər, borular və fitinqlər ixrac olunub. Sonrakı yerləri 207 milyon dollarla Qazaxıstan və 180 milyon dollarla Qırğızıstan tutub.

Anar

Xəbər lenti