Avropa İttifaqı Rusiyaya dəniz neftinin daşınması xidmətlərinin göstərilməsinə tam qadağa qoymaq niyyətindədir.
Planetinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, bu Aİ-nin Rusiyaya tətbiq etdiyi sayca 20-ci sanksiya paketi olacaq.
Aİ-nin Rusiya əleyhinə 20-ci sanksiya paketinə kölgə donanmasına qarşı tədbirlər daxil ola bilər. Qadağa, qiymətindən asılı olmayaraq, Rusiya neftinin istənilən göndəricisinə maliyyə, hüquqi, sığorta və digər xidmətlərin göstərilməsini əhatə edəcək. Bildirilir ki, bu təklif Aİ ölkələrinin dəstəyini qazanıb və onlar yekdilliklə sanksiya paketlərini qəbul etməyə razılıq veriblər.
Bundan əlavə, 20-ci sanksiya paketinə Rusiya banklarına və neft şirkətlərinə qarşı yeni məhdudiyyətlər, eləcə də Brüsselin Rusiyanın sanksiya blokadasını aradan qaldırmaq səylərini dəstəkləməkdə şübhəli bildiyi üçüncü ölkələrdəki maliyyə institutlarına və sənaye şirkətlərinə qarşı məhdudiyyətlər daxil olacaq.
Anar