İqtisadiyyat
13-11-2025, 11:13
Azərbaycanlı iş adamları Özbəkistanda turizm və agro sahəsində fəaliyyət göstərəcəklər
Azərbaycanlı iş adamları Özbəkistanda turizm və agro sahədə fəaliyyət göstərəcəklər.
Bu barədə
Planetinfo.az-a məlumat verən Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) sədri Ruslan İmanzadə deyib ki, bu məqsədlə azərbaycanlı iş adamları Özbəkistanda 600 hektar torpaq sahəsi götürüblər:
“Azərbaycanın iki iri şirkəti Özbəkistanın Cizzax vilayətində hər biri 300 hektar torpaq sahəsi götürüb. İş adamları Cizzax vilayətində turizm və agro sahəsində şirkət qurub özbək həmkarları ilə bilrikdə işləmək istəyirlər”.
Ruslan İmanzadə deyib ki, rəhbərlik etdiyi qurum olaraq ATUİAB da azərbaycanlı iş adamlarının özbək iş adamları ilə əlaqələrinin qurulmasına dəstəyini əsirgəmir.
Süleyman