İqtisadiyyat Bugün, 16:59

"Rusiya nefti Avropaya tədarük edilməlidir" - Orban


"Macarıstan İrandakı vəziyyətlə əlaqədar Rusiya neft və qazının Avropaya tədarükünə qoyulan qadağanın aradan qaldırılmasının tərəfdarıdır".

Planetinfo.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Kiskundoroymda qaz kəmərinin yoxlanışı zamanı jurnalistlərə açıqlamasında deyib.

"Macarıstanın mövqeyi budur ki, biz Rusiya enerji sektoruna qarşı sanksiyalara son qoymalıyıq. Avropa son dərəcə ciddi enerji böhranına yaxınlaşır və növbəti bir neçə gün həlledici olacaq" - deyə Orban bildirib.

O, inanır ki, koronavirus pandemiyası dövründə peyvəndlərlə mövcud olana bənzər şəkildə enerji mənbələri uğrunda rəqabət yarana bilər.

Baş nazir vurğulayıb ki, Macarıstanın enerji təchizatı hazırda heç bir təhlükə altında deyil, lakin boru kəməri qorunmalıdır.

Orban izah edib ki, vəziyyət son dərəcə ciddidir. "Əgər bu boru kəməri kəsilərsə, Macarıstan iqtisadiyyatı dayanacaq".

Xəbər lenti