İqtisadiyyat 27-11-2025, 11:40

Rusiya və Pakistan Şimal-Cənub Dəhlizi ilə yüklərin tədarükünə başlayır



Rusiya və Pakistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca yüklərin tədarükünə başlayır.

Planetinfo.az TASS-a istinadən bildirir ki, tərəflər bunun üçün artıq infrastruktur da yaradıblar. Hər iki tərəf sınaq daşımalarına hazırlaşır.

Rusiyanın energetika naziri, Rusiya-Pakistan Hökumətlərarası Ticarət Komissiyasının həmsədri Sergey Tsivilev bildirib ki, Moskva Rusiya ilə Pakistan arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin şərq hissəsi ilə yük daşımalarının başlanmasına böyük əhəmiyyət verir:

"Rusiya və Pakistan dəmir yolları artıq lazımi əsası qoyub. Yüklərin sınaq daşımalarına başlamaq vacibdir ki, bu da bizə dəhlizin hazırlığını yoxlamağa və onun həqiqi effektivliyini nümayiş etdirməyə imkan verəcək".

Daha əvvəl Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Dmitri Zverev bəyan etmişdi ki, Rusiya 2025-ci ildə Pakistana yük daşımalarına başlaya bilər. Rusiyadan ilk yüklərin kənd təsərrüfatı, daha sonra isə polipropilen və polietilen kimi sənaye malları olacağı bildirilirdi.

Anar

Xəbər lenti