Tramp impulsivdir, lakin o, bu kimi məsələləri
Ağ Evdə xüsusi nümayəndə Stiven Uitkoffla yox, ABŞ dövlət katibi Marko Rubioya tapşırıb. Rubio, mənə görə, Dərin Dövlətin nümayəndəsidir. O, belə bir görüşdə heç bir məna görməyən sistemli bir fiqurdur. Bu o deməkdir ki, ilin sonuna qədər Trampla Putinin görüşü baş tutmayacaq.
Bunu
Planetinfo.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us deyib.
Qeyd edək ki, daha öncə Finlandiya Prezidenti Aleksandr Stubb açıqlamasında ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin noyabrın sonunda Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində keçiriləcək G20 sammitində görüşə biləcəyini bəyan edib.
Nəsimi