ABŞ-ın paytaxtında regionun hər beş ölkəsinin liderlərinin iştirakı ilə keçirilən “Mərkəzi Asiya-ABŞ” sammiti tarixi hadisə və Vaşinqtonun Mərkəzi Asiyaya artan marağının sübutu idi.
Planetinfo.az xəbər verir ki, bunu Özbəkistanın UzA xəbər agentliyinin müxbirinə müsahibəsində ABŞ-ın Türkmənistandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Metyu Klimov deyib.
Onun sözlərinə görə, Amerika tərəfi əvvəlcə “C5+1” formatında nazirlərin görüşünə arxalansa da, sonda ABŞ və region ölkələri arasında “məsuliyyətin və səmərəli əməkdaşlığın yeni dövrünün müstəqil əlaməti” olan yüksək səviyyəli sammit təşkil edilib.
M.Klimov vurğulayıb: "Bütün beş Mərkəzi Asiya ölkəsinin liderlərinin Vaşinqtona gəlişi və onların ABŞ prezidenti ilə burada görüşü çox böyük hadisədir. Biz Mərkəzi Asiyadan uzağıq, lakin ABŞ-ın bu regionla əməkdaşlığa sadiqliyini görürük".
Nəsimi