Çin Qazaxıstan vətəndaşlarına avtomobil yolu ilə mal daşımaq üçün limitsiz icazələr tətbiq edir.
Planetinfo.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, Qazaxıstan və Çin avtomobil nəqliyyatı üçün icazələrin verilməsində limitsiz sistemə keçmək barədə razılığa gəliblər.
Məlumata görə, Qazaxıstan və Çin Nəqliyyat nazirliklərinin nümayəndələri Xorqos Beynəlxalq Sərhəd Əməkdaşlığı Mərkəzində beynəlxalq avtomobil nəqliyyatı məsələləri ilə bağlı görüş keçiriblər. Danışıqların nəticəsi olaraq, Çin tərəfi bu il noyabrın 12-dək Qazaxıstana 15 min icazə forması verəcək.
Gələcəkdə icazə formaları gündəlik olaraq veriləcək. Həmçinin 2026-cı ildən etibarən kəmiyyət məhdudiyyətləri olmadan, yəni məhdudiyyətsiz icazə formalarının verilməsi sisteminə keçmək planlaşdırılır.
Keçən il Qazaxıstan daşıyıcıları 228 min icazə formasından istifadə ediblər, bu ilin əvvəlindən isə 230 mindən çox Çin icazə forması qəbul edilib və istifadə olunub.
Füzuli