Region 12-11-2025, 11:56

"Bu cür işçi cəlbi Rusiya hökuməti üçün əlavə yükdür”

"Bu cür işçi cəlbi Rusiya hökuməti üçün əlavə yükdür”
Rusiya - Ukrayna müharibəsinin dörd ilinin tamam olmasına cəmi üç aydan bir az artıq zaman qalıb. Ötən müddət ərzində 19 sankisya paketi tətbiq olunmuş Rusiyanın itkiləri isə getdikcə çoxalır. Hər gün müharibəyə 100 milyonlarla dollar vəsait xərclənməsinə rəğmən demək olar ki, nəzərdə tutulan planı həyata keçirmək imkanları məhdudlaşan Rusiya hökumətinin ölkədaxili qəbul etdiyi qərarlar onu daha çətin, çıxılması müşkül olan labirintə sürükləyir. “İqtisadiyyatını müdafiə sənayesi üzərində quran rus hökumətinin daxili qərarları hansı problemin yaranmasına səbəb ola bilər?, - sualı ilə müraciət etdiyimiz politoloq Bakir Həsənbəyli bildirdi ki, Rusiya hakimiyyətinin son iki ildə qəbul etdiyi qərarlar bir nəfərin siyasi hikkəsinin məhsuludur.

Sözsüz ki, emosiya ilə qəbul olunmuş qərarlar ölkə iqtisadiyyatının inkişafına xidmət etmir. Məsələn artıq iki ildir ki, Rusiyada yaşayan miqrantlara qarşı olduqca aqressiv qərarlar qəbul olunur. Demək olar ki, miqrantların fəaliyyət arealı hiss ediləcək qədər daralıb. Əgər Rusiyada müharibədən əvvəl 12 milyon miqrant yaşayırdısa, indi onların sayı 4 milyona qədər azalıb. Və həmin 4 milyonun fəaliyyət göstərəcəkləri sahələr isə demək olar ki, yox dərcəsindədir. Bu Rusiyanın müxtəlif sektorlarında, o, cümlədən iqtisadiyytında da, artıq ciddi formada hiss edilməkdədir. Təsadüfi deyil ki, Rusiya hökuməti Hindistan hökuməti ilə 70 min hindlinin ölkədə müxtəlif sahələrdə çalışmaları üçün danışıqlar aparır. Lakin bu cür işçi cəlbi Rusiya hökuməti üçün əlavə yükdür. Keçmiş SSRİ məkanından olan miqrantlardan fərqli olaraq hökumət bu şəxslərin işlə təminatı ilə paralel əlavə ehtiyaclarının ödənilməsi istiqamətində addım atmaq məcburiyyətində qalacaq. Possovet məkanından gələn miqrantlar isə özləri yeni iş yerləri yaradır, mənzil kirayəsi problemlərini müstəqil olaraq həll edir, vergi verirdilər. Süni miqrant dalğası Rusiya iqtisadiyyatına əlavə yük olacaq.

Nəsimi

Xəbər lenti