“Hər halda baş vermiş qəzanın ciddi şəkildə araşdırılmasına ehtiyac var. Hesab edirəm ki, dərin və əhatəli şəkildə aparılan araşdırmalardan sonra qəzanın hansı səbəbdən baş verdiyi üzə çıxacaq”.Bu fikirləri
Planetinfo.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, təyyarənin “qara qutu”sunun aşkar edilməsi bir çox mətləblərə aydınlıq gətirəcək:
“Hər nə qədər təyyarə yerə düşəndən sonra yansa və əksər detalları sıradan çıxsa da, qara qutunun ciddi zədə görməyəcəyinə ümid etmək olar”.
Arzuman Muradlı baş vermiş qəzaya kənar təsirlərin olma mümkünlüyünü də istisna etməyib. Onun sözlərinə görə, Azərbaycanın tarixi Zəfərin 5 illiyi münasibətilə keçirdiyi möhtəşəm parad və həmin paradda Türkiyə ilə Pakistan liderlərinin iştirakı bəziləri üçün arzuedilməz idi və yuxularına haram qatılmışdı:
“Ehtimal etmək olar ki, təyyarə qəzası bir təxribat, yaxud terror aktıdır. Məqsəd də Türkiyəyə göz dağı verməkdir. Gürcüstanda Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğradığı saatlarda Pakistanda terror aktının həyata keçirilməsi bəlkə də təsadüfi deyil”.