Marneuli Munisipalitetinin meri Daur İsmayılov, Meriyanın struktur bölmələrinin rəhbərləri ilə birlikdə Gürcüstanın Xalq Müdafiəçisi Aparatının nümayəndələri ilə görüş keçirib.
Planetinfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Meriyada keçirilən tanışlıq xarakterli görüşdə, tərəflər – uşaq qayğısı, delegasiya olunmuş səlahiyyətlər, etnik azlıqlar və sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı məsələləri müzakirə ediblər. Onlar həmçinin gələcəkdə birgə həyata keçiriləcək fəaliyyətləri nəzərdən keçirərək, əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Nəsimi