Region 12-11-2025, 22:49

Saakaşvili xəstəxananı tərk etdi

Saakaşvili xəstəxananı tərk etdi
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müalicə aldığı “Vivamed” klinikasından həbsxanaya qaytarılıb.

Bu barədə ölkənin Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Saakaşvilinin vəziyyəti qənaətbəxş olduğu üçün xəstəxanadan buraxılıb və 12 saylı penitensiar müəssisəyə qaytarılıb.

Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıtdıqdan sonra həbs olunub. O, 2022-ci ilin mayından “Vivamed” klinikasında müalicə alırdı.(axar.az)

Xəbər lenti