Fevralın 3-nə keçən gecə Ukraynanın enerji sisteminə qarşı həyata keçirdiyi kütləvi hava zərbəsi Rusiyaya 324 milyon dollara başa gəlib.
Planetinfo.az xəbər verir ki, Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsi “Telegram” kanalında yayadığı məlumata görə, hücum zamanı Rusiya ordusu 562 müxtəlif hava hücumu vasitəsindən istifadə edib. Bu raketlər arasında "İskəndər" və RM-48U ballistik raketləri, "Sirkon" və "Oniks" hipersəs sürətli raketləri, X-101 və X-32 qanadlı raketləri yer alır.
Nəsimi