Region 5-02-2026, 07:15

"Ermənistan silahlanma barədə mənasiz fəaliyyətlərdən tamamilə əl çəkməlidir"

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tək bir maneə qalıb. Bu Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasıdır. Sülh sazisinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin qəti tələblərindən sonuncusu idi.

Planetinfo.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O, qeyd edib ki, artıq Ermənistanın yeni Konstitusiyasının hazırlanmasına başlanılıb. 6 ay ərzində yeni Konstitusiyanın hazır olacağı gözlənilir.
Ermənistanda parlament seçkiləri ilə paralel yeni Konstitusiyanın qəbul edilməsi üzrə referendumun da keçirilməsi mümkündür.

Ermənistan ictimaiyyəti Azərbaycan rəhbərliyi ilə keçirilən görüşlərdən daim narahatlıq keçirir. Əbu Dabi görüşündən sonra Ermənistanda növbəti ərazi və s. itkiləri ilə bağlı hay-küy salanlara rast gəlinir. İşğal dövründə tərətdikləri vəhşilikləri yada salanlar hesab edirlər ki, hər görüşdə Ermənistan yenə nəsə itirir və bu dəfə də nəsə itirəcək. Halbuki bu tip ikitərəfli görüşlər nəticəsində sərhəddə atəş səsləri eşidilmir, gənclər həlak olmur, regionda sülh bərqərar olmağa başlayıb.
Bu sülhün memarı isə yalnız Azərbaycan Prezidentidir: Məhz onun verdiyi təkliflərin Ermənistan tərəfindən gec də olsa qəbul edilməsi, bu gün hər iki ölkədə sülhdən danışmağa imkan verir:

"Odur ki, Ermənistan silahlanma barədə mənasiz fəaliyyətlərdən tamamilə əl çəkməlidir, seperatizm və onu dəstəkləyən qüvvələr ilə cidddi mübarizə aparmalıdır, Azərbaycan ilə faydalı əməkdaşlıq etməlidir".

Nəsimi

Xəbər lenti