Region 14-11-2025, 09:05

Gürcüstanda Qarapapaq türklərinin hüquqi statusu ilə bağlı əhəmiyyətli görüş keçirildi

Gürcüstanda Qarapapaq türklərinin hüquqi statusu ilə bağlı əhəmiyyətli görüş keçirildi
Cumhurbaşqanı Cənab Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında görüşlər davam etdirilir. Bu çərçivədə Dünya Ahıskalı Türklər Birliyi heyəti ilə birlikdə İçişləri Nazirliyinin Göç İdarəsi Başqanı Cənab Hüseyn Kök ilə səmimi bir görüş keçirilib.

Planetinfo.az xəbər verir ki, görüş zamanı vətəndaşlıq və yaşayış icazəsi məsələləri ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda Gürcüstanda yaşayan Qarapapaq Türklərinin hüquqi statusu, gələcəkdə proseslərin sadələşdirilməsi və qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.

Cənab Hüseyn Kökün diqqəti, anlayışı və nümayiş etdirdiyi səmimiyyət görüş iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Bu görüş, həm Gürcüstandakı Qarapapaq Türkləri, həm də ümumilikdə Türk soylu icmalar üçün mühüm addım kimi dəyərləndirilib.

Türk dünyasında birliyin, qarşılıqlı hörmətin və dəstəyin daha da möhkəmlənməsi istiqamətində atılan bu addımlar gələcəyə ümidlə baxmağa əsas yaradır.

Görüşün sonunda Cənab Hüseyn Kökə diqqətinə, anlayışına və ayırdığı dəyərli vaxtına görə təşəkkür bildirilib.

Əlavə olaraq, Dünya Qarapapaq Türklərinin Gürcüstan təmsilçisi Qəzənfər Məmmədov, Türk mədəniyyətinin simvolu olan sazı Cumhurbaşqanı Cənab Rəcəb Tayyib Ərdoğana hədiyyə edib. Bu jest, Qarapapaq Türklərinin Türkiyəyə və Türk dünyasına olan dərin sevgi və bağlılığının ifadəsi kimi böyük rəğbətlə qarşılanıb.

Nəsimi

Xəbər lenti