Region 15-11-2025, 06:09

Mərkəzi Asiyanın həmrəyliyi – Yeni tarixi mərhələ

Mərkəzi Asiyanın həmrəyliyi – Yeni tarixi mərhələ
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsləri barədə RAzNKC sədrinin məqaləsi.

Bu gün Mərkəzi Asiya öz inkişafının tamamilə yeni və tarixi əhəmiyyətə malik mərhələsinə qədəm qoyur. Prezident Şavkat Mirziyoyevin irəli sürdüyü açıqlıq, mehriban qonşuluq və əməkdaşlığa əsaslanan regional siyasət bütün bölgə xalqları üçün böyük praktiki nəticələr verməkdədir.

Bu proses yalnız ölkələrimiz arasında güvəni möhkəmləndirmir, eyni zamanda Mərkəzi Asiyanı davamlı inkişaf və ümumi rifah məkanına çevirməyə xidmət edir. Bu gün bölgə dövlətləri ilk dəfə olaraq real həmrəylik mərhələsinə daxil olur – bu, siyasi şüar deyil, gündəlik həyatda hiss edilən konkret dəyişikliklərdir.

UNESCO ilə yeni əməkdaşlıq – Özbəkistanın beynəlxalq nüfuzu artır. 12 noyabrda Prezident Şavkat Mirziyoyevin BMT-nin nüfuzlu qurumu – UNESCO-nun baş direktoru vəzifəsinə seçilmiş Holid əl-Anani ilə görüşü Özbəkistanın beynəlxalq nüfuzunun daha da artdığını göstərir.

Elm, mədəniyyət və təhsil sahələrində sürətli inkişaf edən Özbəkistan bu gün dünya ictimaiyyəti üçün etibarlı tərəfdaş kimi tanınır. Bu isə Prezident Mirziyoyevin yürütməkdə olduğu açıq və praqmatik xarici siyasətin məntiqi nəticəsidir.

2017-ci ildən etibarən Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri regional dialoqun yeni dövrünü başladı.

Uzun illər ərzində xarici vasitəçilərin iştirakı ilə belə həyata keçməyən danışıqlar bu gün liderlərin birbaşa, açıq və konstruktiv dialoqu formasında təşkil olunur. Bu proses:

– qarşılıqlı etimadı gücləndirdi;
– ümumi maraqları anlamağa imkan yaratdı;
– bir sıra tarixi fikir ayrılıqlarının aradan qalxmasına şərait yaratdı;
– bölgədə həqiqi həmrəylik mühitini formalaşdırdı.

Yaxın günlərdə Özbəkistan, Qırğızıstan və Tacikistan sərhədlərinin qovuşduğu nöqtə ilə bağlı imzalanmış Saziş və Xucand Bəyannaməsi Mərkəzi Asiya tarixində mühüm hadisə kimi qiymətləndirilir.

Dünənə qədər mümkünsüz görünən məsələlər bu gün həllini tapmış, sərhədlər isə:
– dostluq;
– etimad;
– genişmiqyaslı əməkdaşlıq
körpüsünə çevrilmişdir.

Bu, dövlət başçılarının siyasi iradəsi, uzaqgörən xarici siyasəti və xalqlarımız arasındakı səmimi yaxınlığın təbii nəticəsidir.

Bu gün Mərkəzi Asiya dövlətlərinin qarşısında xüsusi strateji vəzifə dayanır: əldə olunmuş razılaşmaları xalqların rifahına xidmət edən konkret nəticələrə çevirmək.
Yaxın vaxtlarda keçiriləcək Daşkənd sammiti məhz bu məqsədə yönəlib. Sammitdən gözləntilər:
– regional inteqrasiyanın yeni mərhələyə yüksəldilməsi;
– iqtisadi və nəqliyyat bağlantılarının gücləndirilməsi;
– təhlükəsizlik, enerji, su resursları və ekologiya üzrə ümumi strategiyanın qəbul edilməsi;
– Mərkəzi Asiyanın sabit və firavan regiona çevrilməsi.

Qlobal iqtisadi çətinliklər, ərzaq və enerji təhlükəsizliyi problemləri, iqlim dəyişiklikləri kimi çağırışlar Mərkəzi Asiya dövlətləri üçün vahid yanaşma tələb edir.

Prezident Mirziyoyevin qeyd etdiyi kimi, bugünkü əməkdaşlıq sadəcə diplomatik hədəf deyil — strateji zərurətdir.

Məhz həmrəylik və qarşılıqlı dəstək sayəsində Mərkəzi Asiya öz maraqlarını müdafiə edə və beynəlxalq aləmdə daha güclü mövqe tuta bilər.

Azərbaycan Milli-Mədəni Mərkəzi olaraq biz Özbəkistan Prezidentinin ədalətli, açıq və praqmatik regional siyasətini tam şəkildə dəstəkləyirik.

Mərkəzi Asiyada sabitliyin, dostluğun və həmrəyliyin gücləndirilməsi – yalnız region dövlətləri üçün deyil, bu ərazidə yaşayan bütün xalqlar üçün geniş imkanlar yaradır.

Bu tarixi proses xalq­larımızın ümumi gələcəyini birlikdə qurmağa, sülh və inkişafı möhkəmləndirməyə yönəlmiş yeni və uğurlu bir mərhələdir.

RAzMMM olaraq biz də bu mühüm proseslərə öz fəaliyyətimizlə töhfə verməyə hazırıq.

Mobil Məmmədov
Özbəkistanda Azərbaycan Mili Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri

Xəbər lenti