Çin Ukraynadakı müharibədən əsas faydalanandır. Həm Rusiyaya, həm Ukraynaya yüz minlərlə dron satır, eyni zamanda eyni dronlar, raketlər və digər silahlar üçün komponentlər, elektronika satır.
Bunu
Planetinfo.az-a Intermarium İnstitutunun direktoru Valentin Qayday (Ukrayna) deyib.
O, qeyd edib ki, bu müharibədə Rusiyanın zəifləməsi Pekin üçün faydalıdır: "Zəif Rusiya daha çevik və ondan asılı olacaq. Çinin Rusiyadan ayrılan demək olar ki, bütün Qərb şirkətlərini necə asanlıqla əvəz etdiyini görürük. Buna görə müharibənin mümkün qədər uzun müddət davam etməsi onun üçün faydalıdır".