Region 19-11-2025, 11:36

Azərbaycanlı iş adamı "Səxavətli Ruh" mükafatına layiq görülüb

Azərbaycanlı iş adamı "Səxavətli Ruh" mükafatına layiq görülüb
Noyabrın 18-də "Dostluq Evi" nin konsert zalında “Səxavətli ruh” mükafatı laureatlarının ənənəvi mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Qazaxıstan Xalqı Assambleyası sədrinin müavini, Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası yanında Qazaxıstan Xalqı Assambleyasının rəhbəri M.Azilxanov və Parlament Senatının sədri iştirak ediblər.

Planetinfo.az xəbər verir ki, “Səxavətli Ruh” mükafatı Aktau da yaşayan iş adamı, ictimai fəal Tağı Tağıyevə verilib. Bu mükafatlar vətəndaşların cəmiyyətə mühüm töhfələrinə, nümunəvi xeyriyyəçilik və mərhəmət əməllərinə görə verilən qiymətdir.

.“Səxavətli Ruh” mükafatı vətəndaş fəallığının və mənəvi məsuliyyətin nümunəsidir. Belə xeyirxah işlər cəmiyyətin tərəqqisinə, sosial inkişafa təkan verir.

Nəsimi

Xəbər lenti