Boris Qrinçenko adına Kiyev Metropolitan Universitetində akademik ictimaiyyət üçün Ümumukrayna Elmi-Praktik Konfransı keçirilib.
Konfransın mövzusu “Koreyaşünaslıq: mədəniyyətlərarası ölçü və inkişaf perspektivləri” olub.
Ukraynadakı mənbələrimizdən aldığımız məlumata görə, tədbir Boris Qrinçenko adına Kiyev Metropolitan Universitetinin Şərq dilləri fakültəsinin Koreyaşünaslıq üzrə Tədris-Metodiki Mərkəzinin və onun rəhbəri, Kanq Dan-Çikin təşəbbüsü ilə keçirilib. Konfransın və toplunun nəşri Koreya Respublikasının Ukraynadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.
Koreyanın Ukraynadakı səfiri Park Kiçanq da tədbir iştirakçıları qarşısında çıxış edib.
Nəsimi