Region 21-11-2025, 04:31

"Avropanın Ukrayna üçün kifayət qədər pulu yoxdur"

"Avropanın Ukrayna üçün kifayət qədər pulu yoxdur"
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Avropa İttifaqı Ukraynaya dəstək vermək üçün resurslarını tükənib.

Planetinfo.az Rusiya mətbuatına istinadən xəbər verir, noyabrın 20-də BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında diplomat qeyd edib ki, artıq Avropanın Ukrayna üçün kifayət qədər pulu yoxdur.

"O, öz ordularını yenidən silahlandırmalıdır ki, onlar 2030-cu ilə qədər dəlicəsinə isterik şəkildə Rusiya ilə döyüşməyə hazırlaşsınlar. Bəs Ukrayna pulu haradan alacaq? Yaxşı, haradan? Onu oğurlaya bilərlər. Onlar Rusiyanın suveren aktivlərini oğurlaya bilərlər. Amma indiyədək bu, işə yaramayıb", - Nebenzya bildirib.

Nəsimi

Xəbər lenti