Türkiyə Böyük Millət Məclisində (TBMM) uşaqların cinayətə sürkülənməsini araşdıracaq komissiya yaradılıb.
"Report" xəbər verir ki, bu barədə qərar "Resmi Gazete"də yayımlanıb.
Qərara görə, komissiya 22 nəfərdən ibarət olacaq və 3 aydan bir iclası keçiriləcək.
Qeyd edək ki, sözügedən komissiya Türkiyədə uşaqlar tərəfindən törədilən cinayətlərin artması səbəbindən yaradılıb.